Elton Con yoluxdu, konserti təxirə salındı

MAQAZİN bölməsi

00:03 - 26 Yanvar 2022

 Elton Con yoluxdu, konserti təxirə salındı

Britaniyalı müğənni Elton Con koronavirusa yoluxub.

Yenipress.az xəbər verir ki, buna görə E.Conun Dallasdakı konserti təxirə salınıb.

Müğənni İnstaqram səhifəsində tam peyvənd olunduğunu və buster doza aldığını bildirib, buna görə də simptomların yüngül olduğunu deyib.

Konsertin təşkilatçıları indiki biletlərlə yeni elan olunan tarixdəki konsertdə iştirak etməyin mümkün olacağı barədə açıqlama yayıblar.

Xəbər xətti