Bakıda Aygün Kazımovanın adına bağ salındı - Foto

MAQAZİN bölməsi

15:05 - 25 Yanvar 2022

 Bakıda Aygün Kazımovanın adına bağ salındı - Foto

Xalq artisti Aygün Kazımovanın 51 yaşı münasibətilə Bakıda bağ salınıb.

Yenipress.az xəbər verir ki, müğənni bu barədə İnstaqramda paylaşım edib.

“Doğum günümə özəl olaraq Aygün Fan Klubundan qeyri-adi bir doğum günü hədiyyəsi aldım. Bu dəfə fanlarım mənə “Aygün bağı” saldılar. Mən də “50+1” aksiyasında iştirak etdim və ağac əkdim. Aksiyada iştirak edən fanlarıma, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin könüllülərinə və ümumilikdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”, - xalq artisti yazıb.

Aksiya Hövsan qəsəbəsində keçirilib. Aygün Kazımovanın adına zeytun ağacları əkilib.

Xəbər xətti