Rəqsanənin keçmiş sevgilisi azadlığa buraxıldı

MAQAZİN bölməsi

11:12 - 23 May 2022

 Rəqsanənin keçmiş sevgilisi azadlığa buraxıldı

Bir vaxtlar müğənni Rəqsanə İsmayılova və prodüsseri Təranə Səmədova arasında baş verən qalmaqalda adı hallanan Faiq Azayev azadlığa buraxılıb.

Yenipress.az xəbər verir ki, bu barədə Təranə Səmədova məlumat verib.

Prodüsser 4 il sonra Faiq Azayevin azadlığa çıxması ilə bağlı bunları qeyd edib:

"Bu günə çox şükür. Faiq Azayev, Fərid Azayev... Bu görüntüyə çox sevinənlər də olacaq, hədsiz üzülən də olacaq, amma, mən anamın yoxluğundan sonra həyatımda yaranan bir boşluğun dolduğunu məhz bu gün hiss elədim, içimdə tamamlanmışlıq hissi yaşayıram, buna görə Yaradana təşəkkür edirəm, təbii ki, sizə də... Azadlığın mübarək, Faiq Azayev".

Xatırladaq ki, 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Faiq Azayev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Əvvəllər mətbuatda Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın, Fərid Azayevlə isə Təranə Səmədovanın sevgili olduğu yazılırdı.

Xəbər xətti