İnanmazdım ki, böyüyüb bu qədər pul qazanacam - Video

MAQAZİN bölməsi

08:51 - 25 Yanvar 2022

 İnanmazdım ki, böyüyüb bu qədər pul qazanacam - Video

Əməkdar artist Elnarə Abdullayeva kəndlərdən birinə çəkdiyi bulaqdan danışıb.

Yenipress.az xəbər verir ki, o, bunları Allah rızası üçün etdiyini bildirib:

“İnanmazdım ki, böyüyüb bu qədər pul qazanacam. Xalqın, dövlətin qədrini bilməyi gərək Allah adama qıysın. Özümün də yadımdan çıxıb ki, neçə bulaq çəkmişik. Elə bilərlər ki, milyonum başımndan aşır. Birdən sabah pulum olmaz, sabah bu yaxşılığı edə bilmərəm deyə etmişəm. Bunları mən qaloş geyinəndə etmişəm”.

Daha sonra həmin kənddə təmir etdiyi məsciddən görüntülər göstərilib.

“Allahın yazığı gəlib bunları mənə qismət elədi. Həmişə demişəm ki, Allahım, sənin rızan üçün edəcəyim işlərə yol ver ki, birdən sabah səsim olmaz. Bir adam mənə kömək etmədi”, -deyə ifaçı bildirib.

Xəbər xətti