Müşfiq Abbasov və “Şuşa” İstanbulda ilişib qaldı

MAQAZİN bölməsi

15:56 - 24 Yanvar 2022

 Müşfiq Abbasov və “Şuşa” İstanbulda ilişib qaldı

KiViN-2022 festivalında iştirak üçün Siçidə olan və hər iki turda qalib gələrək, “Şuşa” adını bərpa etməklə Sankt-Peterburq liqasına vəsiqə qazanan Azərbaycanın KVN komandası ölkəyə qayıdır.

Yenipress.az-ın əldə etdiyi məlumata görə, komanda Bakıya qayıtmaq üçün İstanbuldan tranzit kimi istifadə edib. Lakin İstanbulda əlverişsiz hava şəraiti səbəbindən reyslər təxirə salınıb və komanda hazırda İstanbul Beynəlxalq Hava Limanında gözləyir.

Məlumata görə, reys ən azı 12 saatlıq təxirə salınıb və KVN-çilər gecə saatlarında Bakıya uça biləcəklər. Buna baxmayaraq, reysin sabaha qədər təxirə salına biləcəyi də istisna deyil.

Xəbər xətti