“Avroviziya”nın nəticəsi qalmaqal yaratdı: Azərbaycan 12 xalı əslində kimə verib?

MAQAZİN bölməsi

17:42 - 15 May 2022

 “Avroviziya”nın nəticəsi qalmaqal yaratdı: Azərbaycan 12 xalı əslində kimə verib?

Ötən gün “Avroviziya” mahnı müsabiqəsinin finalı keçirilib və Ukrayna səs çoxluğu ilə müsabiqənin qalibi olub.

Yenipress.az xəbər verir ki, müqabiqənin səsvermə hissəsi ilə bağlı yanlışlığa yol verildiyi məlum olub.

Belə ki, müsabiqənin münsif səsverməsi zamanı texniki problem yaşanıb və bu səbəbdən əvvəlcədən planlaşdırıldığı kimi, Azərbaycandan səsləri İTV-nin aparıcısı Nərmin Salmanova yox, yarışmada Martin açıqlayıb.

Martin Azərbaycanın 12 xalı Böyük Britaniyaya verdiyi açıqlasa da, bunun əslində belə olmadığı bildirilib. Belə ki, Nərmin Salmanova İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində Azərbaycanın 12 xalı əslində Ukraynaya verdiyini açıqlayıb. Məsələ ilə bağlı araşdırma aparıldığı bildirilib.

Yarışmanın ölkəmizdəki milli münsif heyətinin sədri Faiq Ağayevin isə sosial şəbəkə hesabındakı rəyi diqqət çəkib.

O, səsvermədən dərhal sonrakı sosial şəbəkə hesabında etdiyi paylaşımda Azərbaycan münsiflər heyətinin 12 xalı Britaniyaya, xalqın isə Ukraynaya verdiyini təsdiqləyib. Azərbaycan münsiflər heyətinin Ukraynaya bircə xal da verməməsi, amma Ukrayna qalib olandan sonra yanlışlıq olduğunu açıqlaması və əslində jürinin 12 xalı Ukraynaya verdiyini bildirməsi isə sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.

Xəbər xətti