Novruz Məmmədov bu tanınmış xanəndənin qayınatası imiş - Foto

MAQAZİN bölməsi

20:53 - 14 May 2022

 Novruz Məmmədov bu tanınmış xanəndənin qayınatası imiş - Foto

Xanəndə Pərviz Qasımov sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Yenipress.az xəbər verir ki, sənətçi İnstaqram hesabında qayınatası, sabiq baş nazir Novruz Məmmədovla fotolarını paylaşıb.

Görüntülər xanəndənin azyaşlı övladı Qasımın kiçik toyu zamanı lentə alınıb.

Pərviz paylaşıma bu sözləri də əlavə edib:

"Çox hörmətli ziyalımız, ölkəmizin sabiq baş naziri, "Şərəf", "Şöhrət" ordenli Novruz Məmmədov cənabları ilə xatirə şəkli".

Qeyd edək ki, N.Məmmədovun qızı Firuzə Məmmədova xanəndə Pərviz Qasımovla ailəlidir. N.Məmmədov 2018-2019-cu illərdə baş nazir vəzifəsində çalışıb. 2019-cu ildə Azərbaycan Dillər Universitetinin Elmi işlər üzrə prorektoru təyin olunub.

 

Novruz Məmmədovun kürəkəni TANINMIŞ MÜĞƏNNİ İMİŞ - FOTO
 

Xəbər xətti