Hansısa səviyyəsiz, düşüncəsiz, əxlaqsız insanların sözlərinə fikir verməyin, qulaq asmayın. Təbii ki, komandanın adı "Şuşa" qalıb.
Yenipress.az xəbər verir ki, bunu Report-a açıqlamasında komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov deyib.
O, buna inanmayanları mart ayında Sankt-Peterburqda keçiriləcək oyuna dəvət edib:
"Bizim birinci şərtimiz o idi ki, biz ya "Şuşa" adı ilə oynayırıq, ya da ümumiyyətlə heç bir çempionatda, turnirdə oynamırıq. Həmin adın saxlanılmasına nail olduq. Mart ayında Sankt-Peterburqda bizim 8/1 final oyunumuz olacaq. Ağzına gələnləri danışan şəxsiyyətsiz məxluqların, canlıların qeyrətləri namusları varsa, Sankt-Peterburqa gəlsinlər, bizim oyunumuza baxsınlar. Görsünlər ki, aparıcı bizim komandanı necə təqdim edəcək. Ondan sonra onlar bu dəfə yazsınlar ki, ay camaat, kim nə neqativ rəy yazmışdısa, kimlər o rəyləri oxuyubsa, həmin şəxslərdən üzr istəyirik. Onların hamısının qarşında baş əyirik, diz çökürük, qələt eləmişik".
Qeyd edək ki, bir neçə gündür Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adının “Buta” ilə əvəzlənməsi ilə ətrafında gedən müzakirələr səngimək bilmir.
Müşfiq Abbasov KİV-ə açıqlamasında adın dəyişdirilmədiyini, mart ayında Sank-Peterburqda “Şuşa” adı ilə çıxış edəcəklərini vurğulayıb.
“KVN”nin rəsmi səhifələrində Premyer Liqada çıxış edəcək komandaların siyahısında isə Azərbaycanı təmsil edən komandanın “Şuşa” deyil, “Buta” adı ilə çıxış edəcəyi göstərilib.