Sərkisyan buna görə istefa verdi – Gələcəyi yoxdur!

GÜNDƏM bölməsi

23:16 - 23 Yanvar 2022

 Sərkisyan buna görə istefa verdi – Gələcəyi yoxdur!

Ermənistan prezidenti Armen Sərkisyan bir il əvvəlki açıqlamasında ölkəsinin çoxvektorlu böhran içərisində olduğunu belə izah edirdi: “Dövlət aparatı şok vəziyyətindədir, müharibə sonrası durum ağırdır, pandemiya ilə mübarizə müsbət nəticə vermir. Biz Dağlıq Qarabağın əksəri ərazisini və minlərlə gəncimizi itirdik. Ermənistanda Dağlıq Qarabağdan olan qaçqınların çoxsaylı sosial problemlər var və bu da ciddi böhran yaradıb. Minlərlə Ermənistan vətəndaşı Rusiya və Amerikaya köçmək barədə düşünür, bilet almağa çalışırlar. Ermənistandan köç böhranlı miqyas ala bilər”.

Yenipress.az xəbər verir ki, bu sözləri “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistan prezidenti Armen Sərkisyanın istefası haqda danışarkən bildirib.

Politoloqun fikrincə, Armen Sərkisyan ölkəsinin düşdüyü durumu olduğu kimi izah etmişdi:

“Ermənistan üçün bir il ərzində müsbətə doğru heç nə dəyişməyib. Bu isə o deməkdir ki, Armen Sərkisyan bir il əvvəlki kimi düşünür, ölkəsi üçün perspektiv görmür. Onun Böyük Britaniya ilə sıx bağlılığı var, kapitalı da bu ölkədədir, həmçinin bu ölkənin pasportuna sahibdir. Ona görə də Armen Sərkisyan böyük ehtimalla digər imkanlı ermənilər kimi ölkəsini tərk edərək Londondakı qazanc gətirən işlərinə qayıdacaq.

Xəbər xətti