Müşfiq Abbasov komandanın “Şuşa” adını bərpa etdi

MAQAZİN bölməsi

16:25 - 23 Yanvar 2022

 Müşfiq Abbasov komandanın “Şuşa” adını bərpa etdi

Prodüser Müşviq Abbasovun rəhbərliyi ilə Soçidə çıxış edən Azərbaycanın KVN komandası yenidən “Şuşa” adını özünə qaytarıb.

Yenipress.az xəbər verir ki, komanda Soçidə keçirilən "KiViN" festivalında çıxış edərək ikinci mərhələyə adlayıb. Lakin ikinci turdan öncə redaktorlardan biri ermənilərin təkidi ilə komandanın adının dəyişdirilməsini tələb edib.

Komandanın prodüseri Müşviq Abbasovun Virtualaz.org-a verdiyi məlumata görə, ilk turda uğurlu çıxışından sonra AMİK-in prezidenti Aleksandr Maslyakovun rəhbərlik etdiyi münsiflər heyəti komandanın “Şuşa” adı ilə davam edə bilməyəcəyi ilə bağlı xəbərdarlıq edib. Bundan sonra komanda adını dəyişərək “Buta” qoyub. Amma ikinci turdan sonra Aleksandr Maslyakovla danışıqlar nəticəsində komanda keçmiş adını özünə qaytarıb.

“Biz razılaşdıq ki, tamaşanı yalnız əvvəlki adla davam etdirək. Komanda “Şuşa” adını saxlayıb və bundan sonra KVN-nin Sankt-Peterburq Liqasında bu adla çıxış edəcək”, - Müşviq Abbasov vurğulayır.

Xəbər xətti