Nahidə Babaşlının iti öldü - Ölkəni tərk edir

MAQAZİN bölməsi

15:36 - 26 Aprel 2022

 Nahidə Babaşlının iti öldü - Ölkəni tərk edir

Müğənni Nahidə Babaşlının itinə görə ölkəni tərk etmək qərarı verib.

Yenipress.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.

“Canımdan çox sevdiyim Köpüyümü avtomobil qəzasında itirdim. Nə yazsam, nə desəm kədərim azalmır. İlk dəfə gəzdirməsi üçün birinə verdim, onda da qucağımda can verdin. Köpük mənim hər şeyim idin”, - o bildirib.

N.Babaşlı ölkədən gedəcəyini və bir də qayıtmayacağını açıqlayıb:

“Qəza Bakıda oldu, maşın vurdu və qaçdı. Hələ də hadisənin şokundayam. Bilet aldım, bir neçə saat sonra bu ölkədən gedirəm. Ümidim bir də qayıtmamaqır. Alın mədəniyyətinizi də, mentalitetinizi də, sevginizi də, hörmətinizi də başınıza çırpın”.

Xəbər xətti