Teymur Rəcəbov ikinci dəfə ailə qurdu

MAQAZİN bölməsi

00:07 - 22 Yanvar 2022

 Teymur Rəcəbov ikinci dəfə ailə qurdu

Şahmat millimizin üzvü Teymur Rəcəbovla Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakovanın nikah mərasimi baş tutub.

Yenipress.az xəbər verir ki, bu barədə 34 yaşlı qrossmeyster İnstaqram hesabında “I Love You!” (Səni sevirəm) yazaraq paylaşım edib.

Qeyd edək ki, Teymur Rəcəbov 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub. Bir müddət əvvəl isə cütlük boşansa da, bu barədə mətbuatda heç bir məlumat dərc olunmayıb. Onların Məryəm adlı bir övladı var.

Xatırladaq ki, Elnarə Nəsirli SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qızıdır.

Xəbər xətti