Yeni “Qurtlar vadisi” başlayır: bu dəfə Polad olmayacaq

MAQAZİN bölməsi

02:38 - 21 Yanvar 2022

 Yeni “Qurtlar vadisi” başlayır: bu dəfə Polad olmayacaq

Prodüseri Osman Sınav, rejissoru M.Çağatay Tosun olan və tamaşaçılar tərəfindən "Yeni Qurdlar vadisi” adlandırılan "Yalnız qurd” (Yalquzaq) serialının yayım tarixi açıqlanıb.

Yenipress.az xəbər verir ki, ATV-də efirə gedəcək serialın ssenarisini Murat Qoca və Alpər Ərzənin yazıb. Ekran əsəri "Sineqraf Fim” tərəfindən hazırlanıb.

Artıq Cihan Ünal, Damla Çolbay, Kürşad Alnıçık, Murad Xan, Həsən Dəniz Yaran, Polad Bilgin və Dəniz Evin kimi aktyorların rol aldığı serialın 1-ci bölümünün treyleri də yayımlanıb.

Türkiyədə baş verən çevrilişlər, xəyanətlər, qətllər, anarxiya və terror hadisələrindən bəhs edəcək "Yalnız qurd” 28 yanvar 2022-ci il ilk bölümü ilə tamaşaçıların görüşünə gələcək.

Qeyd edək ki, “Qurdlar vadisi” serialının ilk rejissoru Osman Sınav olub.

Xəbər xətti