Pambıq sövdası əti bahalaşdırdı

İQTİSADİYYAT bölməsi

14:08 - 15 Yanvar 2022

 Pambıq sövdası əti bahalaşdırdı

Ötən gündən ət qiymətlərinin kəskin bahalaşmasını iqtisadçı ekspert Natiq Cəfərli şərh edib.

Yenipress.az xəbər verir ki, ekspert bunun hökumətin yanlış siyasətinin nəticəsi olduğunu bildirib.

O, səbəbləri belə sadalayıb:

1) Hökumətin plansız pambıq sevdası örüş yerlərini, yem bazasını azaltdı,

2) İlin əvvəlində hökumət dizelin qiymətinin 34% artırmaqla aqrar sektorda dalğavari qiymət artımına strat verdi,

3) Yem qiymətləri 40-50% civarında bahalaşıb, fermer necə qiymət artırmasın?!

4) Ümumiyyətlə, ölkədə qiymətlər kəskin artır, inflyasiya sürətlənir, fermerlərin, ət istehsalçılarının gündəlik xərcləri çoxalır, onlar da qiyməti qaldırmalı idilər ki, öz gündəlik xərclərini ödəsinlər,

5) Toyların bərpası, bayramlar təlabatı artırmağa başladı ki, bu da qiymətin bahalaşmasına təsir edən səbəblərdən biri oldu.

Xəbər xətti