Hacı Şahin, Paşayeva və Aygün Bəylərin ölümündə şok detal

GÜNDƏM bölməsi

12:29 - 7 Yanvar 2024

 Hacı Şahin, Paşayeva və Aygün Bəylərin ölümündə şok detal

Azərbaycanda son bir ildə vəfat edən üç tanınmış sima – Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli, deputat Qənirə Paşayeva və əməkdar artist Aygün Bəylərin ölümündə qəribə məqam üzə çıxıb.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, ictimaiyyətdə kifayət qədər tanınan hər üç şəxs ömrünün 48-ci ilində vəfat edib.

Belə ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənli və 1975-ci il təvəllüdlü deputat Qənirə Paşayeva 2023-cü ildə – 48 yaşlarını tamamladıqdan sonra dünyalarını dəyişiblər.

Ötən gün isə Əməkdar artist Aygün Bəylər 48 yaşında həyatını itirib.

Üç məşhur şəxsin eyni yaşda vəfat etməsi diqqət çəkib.

Allah rəhmət eləsin!

Xəbər xətti