Azərbaycan İrana başsağlığı verdi

GÜNDƏM bölməsi

20:24 - 3 Yanvar 2024

 Azərbaycan İrana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.

Yenipress.az xəbər verir ki, bu barədə nazirliyin X sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"İranın Kirman əyalətində törədilən terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Azərbaycan terrorizmdən çox əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir", - Azərbaycanın Xarici İşlər Nazirliyinin paylaşımında bildirilir.

Qeyd edək ki, partlayışlar nəticəsində ölənlərin sayı 103, yaralananların sayı isə 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.

Xəbər xətti