İrəvanda azərbaycanlıların yaşadıqları məhəllələr - Video

GÜNDƏM bölməsi

19:34 - 2 Yanvar 2024

 İrəvanda azərbaycanlıların yaşadıqları məhəllələr - Video

CBC telekanalı İrəvan səmasında dronla çəkiliş aparıb.

Yenipress.az xəbər verir ki, çəkiliş qrupunun qarşısında duran vəzifə – şəhərin əvvəllər azərbaycanlıların yaşadıqları tarixi yerlərini və məhəllələri lentə almaq olub. Etnik təmizləmədən sonra bu tarixi məkanlar Ermənistan hakimiyyəti tərəfindən dağıdılıb və dəyişikliyə məruz qalıb.

CBC ekspedisiyasının məqsədi İrəvanda azərbaycanlıların memarlıq irsinin qəsdən dağıdılması faktlarını aşkara çıxarmaq olub. Bunun üçün qrup havadan çəkiliş üçün dronlardan istifadə edib.

Çəkilişlər hərtərəfli hazırlıq sayəsində mümkün olub.

Bu məqsədlə çəkiliş əraziləri müəyyən edilərək öyrənilib, dronun uçuş marşrutu elə planlaşdırılıb ki, artıq diqqət cəlb etməsin.

Nəticədə unikal videoçəkiliş aparmaq və Ermənistan hakimiyyətinin İrəvanın tarixi ilə bağlı həqiqətləri gizlətməsinə dair əsaslı sübutlar aşkarlanıb.

Bu, CBC telekanalının çəkiliş qrupunun Ermənistana ikinci səfəridir.

Yeni sənədli filmdə CBC ekspedisiyasının İrəvanın əsl sakinləri haqqında tapdığı dəlillərdən bəhs edilir.

Filmi təqdim edirik:

 

Xəbər xətti