Tailand vətəndaşı Xaçatryanı məhkəməyə verdi

DÜNYA bölməsi

11:40 - 3 Fevral 2023

 Tailand vətəndaşı Xaçatryanı məhkəməyə verdi

Tailand vətəndaşı Kaçaçat Bundi Ermənistanın İnzibati Məhkəməsində Ermənistan Prezidenti Vaaqn Xaçatryana qarşı iddia qaldırıb.

Yenipress.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, məhkəmə iddianı icraata qəbul edib.

Məlumata görə, Bundi artıq beş ildir ki, Ermənistanda yaşayır. Burada o, Tailand restoranı açıb, iş yerləri yaradıb, hətta xeyriyyə işləri ilə məşğul olub. O, həm də Qladzor Universitetində aspirantdır.

Lakin Ermənistan Milli Təhlükəsizlik Xidməti mənfi rəy verərək ölkə prezidentinə məhkəmədə etiraz edilən Bundiyə respublika vətəndaşlığını verməməyi tövsiyə edib.

Yenipress.az

Xəbər xətti