Naxçıvanla Türkiyə arasındakı sərhəd açılıb? - Rəsmi məlumat

TOPLUM bölməsi

17:14 - 1 Fevral 2023

 Naxçıvanla Türkiyə arasındakı sərhəd açılıb? - Rəsmi məlumat

15:31

Türkiyədən quru sərhəd vasitəsilə Naxçıvana Muxtar Respublikasına giriş bütün Azərbaycan vətəndaşları üçün açıqdır, eyni marşrutla Türkiyəyə getmək isə yalnız Naxçıvana MR qeydiyyatnda olan şəxslər üçün mümkündür.

Bu barədə Yenipress.az-a Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Məlum olduğu kimi, Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar karantin elan edildikdən sonra ölkənin quru sərhədləri bağlanıb. Bununla belə, yalnız Naxçıvandan İran və Türkiyəyə gediş-gəlişə icazə verilib. 2022-ci ilin iyul ayında bütün ölkə vətəndaşları üçün sərhəd keçidlərində Naxçıvan MR-ə giriş və çıxışa məhdudiyyətlər tətbiq edilib. Yalnız yük daşımaları, eləcə də İran ərazisindən keçməklə Naxçıvana MR-ə hərəkət edən müntəzəm avtobuslar üçün keçidə icazə verilib.

Yenipress.az

Xəbər xətti