İrəvan sentyabr döyüşləri haqda sirri açdı – İranla bağlı şok məqam

SİYASƏT bölməsi

12:41 - 1 Fevral 2023

 İrəvan sentyabr döyüşləri haqda sirri açdı – İranla bağlı şok məqam

Ermənistan İrandakı hərbi obyektlərə təkil edilən kütləvi dron hücumundan sonra Tehranın müdafiəsinə başlayıb.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, “Al-Monitor” qəzetinə açıqlama verən Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Tehranın mövqeyini, eləcə də onun Qafqaz siyasətini müdafiə edib.

Kostanyan keçən ilin sentyabr döyüşlərinə də toxunub və həmin vaxt Azərbaycanın Ordusunun qarşısının guya İran tərəfindən alınması haqda gülünc iddia səsləndirib. Nazir müavininə görə, Azərbaycan guya 2022-ci ilin sentyabrında Ermənistana qarşı daha genişmiqyaslı əməliyyat planlaşdırıbmış. Rəsmi İrəvanın nümayəndəsi məhz İranın ritorikası və fəaliyyəti sayəsində guya situasiyanın qarşısını tam almağın mümkün olduğunu bildirib. O, İranın hazırda Ermənistanın vacib tərəfdaşı olduğunu vurğulayıb.

Ən maraqlı məqam isə Kostanyanın sentyabr döyüşləri ilə bağlı danışarkən Rusiyanın səylərinə toxunmaması olub.

Qeyd edək ki, Kostanyan XİN rəhbəri Ararat Mirzoyanın ən yaxın kadrlarındadır. Bir müddət əvvəl vəzifəyə gətirilən Kostanyana Azərbaycan və Türkiyə ilə bağlı siyasətin koordinatorluğu həvalə edilib.

Xatırladaq ki, bu ilin 12 sentyabrında Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə təxribatlar törədib. Ordumuzun keçirdiyi cavab əməliyyatları nəticəsində qarşı tərəfə məxsus hərbi mövqelər, zirehli texnikalar məhv edilib. Döyüşlər zamanı Ermənistan ordusu 300-dən çox hərbi qulluqçusunu itirib. Erməni ekspertlər iki gün davam edən döyüşlərin Ermənistan üçün dağıdıcı olduğunu, ordunun ölkəni müdafiə edə bilməyəcəyini deyiblər.

Bununla yanaşı, rəsmi Bakı daha əvvəl dəfələrlə bəyan edib ki, başqa ölkənin ərazisində gözü yoxdur. Bu fakt onu göstərir ki, Azərbaycan Ordusunun guya İranın təzyiqindən sonra dayanması İrəvanın növbəti gülünc və reallıqdan uzaq açıqlamasıdır.

Xəbər xətti