Fransalı siyasətçi Makronu itlə müqayisə etdi

DÜNYA bölməsi

10:54 - 1 Fevral 2023

 Fransalı siyasətçi Makronu itlə müqayisə etdi

Fransalı siyasətçi və “Vətənpərvərlər” hərəkatının lideri Florian Filippo ölkə lideri Emmanuel Makronu itlə müqayisə edib.

Yenipress.az xəbər verir ki, o, bu barədə Tvitter hesabında yazıb.

Buna səbəb Makronun Ukraynaya mümkün döyüş təyyarələrinin çatdırılması ilə bağlı sözləri olub:

“ABŞ və Almaniya birmənalı olaraq Zelenskiyə yox deyir. Makron isə əksinə, bildirir ki, Ukraynaya heç nə qadağan olunmur. Onun məqsədi nədir? Ursula və NATO-nun itaətkar iti olmaq, eləmi?! Gülməlidir!”

Qeyd edək ki, Fransa Prezidenti Kiyevə qırıcı təyyarələrin veriləcəyini istisna etməyib.

Yenipress.az

Xəbər xətti