İran mediası, görün, terrorçu Yasin haqda nə yayır…

GÜNDƏM bölməsi

12:55 - 31 Yanvar 2023

 İran mediası, görün, terrorçu Yasin haqda nə yayır…

İran televiziyalarının yayımladığı xəbərlərə əsasən, Azərbaycan səfirliyinə hücum etmiş Yasin adlı şəxsi (Hüseynzadə) Tehran polisləri tərki-silah edərək saxlayıb. Bəzi müstəqil xəbər agentliklərinin verdiyi məlumatlara görə isə Yasin 10 ay bundan əvvəl əslən Azərbaycan Respublikasından olan arvadı Gülnar Əliyevanın itkin düşməsi ilə bağlı polisə müraciət edib. Bu məsələ Urmiya Polis bölməsində araşdırıldıqdan sonra Yasinə bildiriblər ki, arvadı Bakıya gedib və bununla da bu işi bağlayıblar.  Yasinin 22 yaşlı qızı Nigar da terror aktından sonra jurnalistlərə verdiyi müsahibədə deyib ki, atası tərəfindən tez-tez döyülən anası Bakıdadır və onunla sonuncü dəfə 10 gün əvvəl telefonla danışıb. Həmçinin Nigar əlavə edib ki, atası səfirliyə hüçum etməyə hazırlaşanda o, dəfələrlə atasına deyib ki, anam səfirlikdə deyil, Bakıdadır. Ancaq atası onun sözlərinə inanmayıb.

Yenipress.az xəbər verir ki, bu sözləri filologiya elmləri doktoru, professor, iranşünas alim Kamil Allahyarov qeyd edib.

“İstər-istəməz sual yaranır ki, bəs kim Yasini inandırıb ki, onun arvadı səfirlikdə saxlanılır? Kim onu tam əmin edib ki, səfirliyə hücum zamanı binanı mühafizə edən İran polisi ona atəş açmayacaqdır? Kim Yasinə avtomat silah verib və ona bu silahdan istifadə qaydalarını öyrədib?

Göründüyü kimi, İran rəsmilərinin hücumun guya ailə-məişət zəminində baş verməsi ilə bağlı verdikləri izahatlar heç bir tənqidə dözmür və qətiyyən inandırıcı görünmür”, - alim qeyd edib.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.

Yenipress.az

Xəbər xətti