Arutyunyan “Əl-Cəzirə”dən nəyi xahiş etdi?

GÜNDƏM bölməsi

22:30 - 30 Yanvar 2023

 Arutyunyan “Əl-Cəzirə”dən nəyi xahiş etdi?

Ötən ilin yayında Qətərə Ermənistanın Baş naziri Nikol Paşinyan səfər edib, bugünlərdə Ermənistan parlamentinin sədri Alen Simonyan ərəb dövlətində 3 gün qalıb. İndi də Ermənistan Baş nazirinin Aparat rəhbəri Araik Arutyunyan Qətərə səfər edib. Arutyunyan Dohada Ermənistanla Qətər arasında imzalanan sazişlərin və razılaşmaların yerinə yetirilməsi məsələlərini müzakirə edib.

Yenipress.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyan əlindən gələni edir ki, Qətər əmiri Ermənistana səfər etsin:

“Araik Arutyunyanın Qətərə səfəri zamanı başqa bir detal da diqqətimi çəkib. Araik Arutyunyan məşhur “Əl Cəzirə” televiziya kanalında olub və bu kanalın regional hadisələrin işıqlandırılması mövzularını müzakirə edib. Görünür, Araik Arutyunyan kanal rəhbərliyindən hadisələrin işıqlandırılması zamanı Ermənistanın mövqeyinin nəzərə alınmasını xahiş edib”.

Yenipress.az

Xəbər xətti