Ərdoğandan Makrona sərt sözlər

DÜNYA bölməsi

11:52 - 30 Yanvar 2023

 Ərdoğandan Makrona sərt sözlər

Fransa davamlı olaraq beynəlxalq aləmdə nüfuz itirir.

Yenipress.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Əslində Fransaya rəhbərlik edən şəxs bu dövlətin başçısı olmaq üçün səriştəyə malik deyil. Hazırda Fransa Afrika ölkələrini istismar edir. Mali Fransa ilə qırılma vəziyyətindədir. Burkina-Faso da Fransaya vaxt verib və 1 aydan sonra ölkədə fransız əsgəri görmək istəmədiyini bildirib. Düşünürəm ki, Togo da bunu edəcək”, - deyə o vurğulayıb.

Yenipress.az

Xəbər xətti