Sərkisyan: ABŞ heç vaxt Bakıya sanksiya tətbiq etməyəcək

SİYASƏT bölməsi

10:20 - 30 Yanvar 2023

 Sərkisyan: ABŞ heç vaxt Bakıya sanksiya tətbiq etməyəcək

ABŞ heç vaxt Bakıya sanksiyalar tətbiq etməyəcək, çünki Azərbaycan ABŞ üçün Ermənistandan da önəmlidir.

Yenipress.az xəbər verir ki, bunu erməni politoloqu Suren Sərkisyan deyib.

“İranla Azərbaycan arasında hərbi münaqişə olacağı təqdirdə ABŞ-ın Bakını dəstəkləyəcəyi barədə bəyanatları unutmayın. ABŞ Azərbaycana eksklüziv olaraq təhlükəsizlik baxımından yardım edir. Yəni bu, hərbi yardım deyil, təhlükəsizlik baxımından yardımdır. Məqsəd İranla dəniz sərhədini qorumaqdır”, - Sərkisyan bildirib.

Yenipress.az

Xəbər xətti