Eldar Mahmudovun aldığı pensiyanın məbləği şok etdi

TOPLUM bölməsi

10:24 - 25 Yanvar 2023

 Eldar Mahmudovun aldığı pensiyanın məbləği şok etdi

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 6 min manata yaxın pensiya alır.

Yenipress.az Gününsəsi.info-ya istinadən xəbər verir ki, sabiq MTN şefinin pensiyasının yüksək məbləğdə hesablanması onun uzun illər nazir və yüksək rütbə daşıması ilə əsaslandırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu barədə sorğunu cavablandırmaqdan imtina edib.

Nazirlikdən bildirilib ki, pensiya məbləği şəxsi məlumatlar kateqoriyasına aid edildiyindən bu barədə ya şəxsin özü tərəfindən, ya da müvafiq məhkəmənin sorğusu əsasında açıqlama verilə bilər.

Qeyd edək ki, MTN-nin ləğvindən sonra cəmiyyətdə Mahmudovun həbs ediləcəyi barədə gözləntilər olsa da sonradan özünü doğrultmadı.

Baxmayaraq ki, MTN-nin 22 nəfər yüksək vəzifəli şəxsi məhz vəzifə cinayətlərinə görə, mühakimə olunub.

Qeyd edək ki, Azərbaycanda minumum pensiya 280 manat təşkil edir

Xəbər xətti