Çinə gedən azərbaycanlı biznesmenlərin şok fırıldağı

TOPLUM bölməsi

13:12 - 20 Yanvar 2023

 Çinə gedən azərbaycanlı biznesmenlərin şok fırıldağı

Çinə alış-verişə gedən azərbaycanlı iş adamının orada girov saxlanılması, daha sonra beynəlxalq axtarışa verilməsi barədə məlumat var.

Yenipress.az xəbər verir ki, bu barədə sabiq deputat, iş adamı Nazim Bəydəmirli Feysbukda yazıb.

N.Bəydəmirli bu barədə ona türkiyəli iş adamının danışdığını bildirib:

“İki azərbaycanlı Çinə gedib, 2 milyon dollarlıq mal alıb. 500 min dollar verirlər, yerdə qalan 1.5 milyon dollar üçün şəriklərdən biri çinlinin evində girov qalıb. Mal Bakıya çatdıqdan sonra “plan” işə düşüb. “Plan”a əsasən İnterpol vasitəsi ilə qırmızı bülletenlə “girovluqda olan” axtarışa verilib, Çin polisləri azərbaycanlı dələduzu götürüb təhvil verib Azərbaycan tərəfinə”.

Baş vermiş hadisədə iştirakçı olmuş iş adamlarının kimliyi açıqlanmayıb. Həmçinin son illərdə Çindən Azərbaycana məhbus ekstradisiyası ilə bağlı hər hansı məlumat ictimailəşməyib.

Qeyd edək ki, İnterpol vasitəsilə qırmızı bülleten itkin düşmüş və ölkədə fiziki cəhətdən olmayan şəxslərə şamil edilir. Bu hadisədə iş adamının ölkədən çıxışına, Çinə getməsinə və orada kimlərlə işbirliyi qurmasına dair rəsmi məlumatlar mövcud olduğundan, onun qısa vaxt ərzində Çində axtarışa verilərək tapılması və Azərbaycana qaytarılması inandırıcı görünür.

Yenipress.az

Xəbər xətti