Ruslar Türkiyədə buna görə rekord qırır

DÜNYA bölməsi

11:07 - 18 Yanvar 2023

 Ruslar Türkiyədə buna görə rekord qırır

Rusiya vətəndaşları 2022-ci ildə Türkiyədə 16,3 min ev və mənzil alıblar.

Yenipress.az xəbər verir ki, bu barədə Türkiyənin rəsmi statistikasında deyilir.

Məlumata görə, bu göstərici son 6 ildəkindən çoxdur:

“2016-cı ildən 2021-ci ilə qədər ruslar Türkiyədən 16,2 min yaşayış obyekti alıblar”.

Mütəxəssislərin fikrincə, rusların Türkiyədə daşınmaz əmlak almağa marağının əsas səbəbi yaşayış icazəsini və ölkə vətəndaşlığını asan almaqdır.

Yenipress.az

Xəbər xətti