Müdafiə nazirinin istefa səbəbi təəccübləndirdi

TOPLUM bölməsi

16:50 - 16 Yanvar 2023

 Müdafiə nazirinin istefa səbəbi təəccübləndirdi

Almaniyanın müdafiə naziri Kristin Lambrex (Lambrecht) istefa verib.

Yenipress.az xəbər verir ki, nazirin istefasına media tərəfindən tənqid edilməsi səbəb olub.

Belə ki, mediada xanım nazirin 21 yaşlı oğlu ilə birgə ordunun helikopterindən şəxsi məqsədlər üçün istifadə etdiyi iddia edilib. Bu tənqidlərdən sonra o, ölkənin kansleri Olaf Şoltsa müraciət  edərək, onu tutduğu vəzifədən azad etməyi xahiş edib.

İstefa ərizəsi artıq qəbul edilib.

Qeyd edək ki, ordunun helikopteri ilə bağlı xərclər nazirin özü tərəfindən ödənilib.

Yenipress.az

Xəbər xətti