Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2024-cü ilin yanvar-fevral aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,1%, real ifadədə 36,9% azalaraq cəmi 455,0 milyon dollar təşkil etmişdir. Yaxşı, bəs hanı bu qeyri-neft sektoru, necə inkişaf edir ki, ixracı keçən ilin ilk 2 ayına nisbətən 37% azalıb?!
Yenipress.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli yazıb.
O bildirib ki, hökumətin iqtisadi komandasının bununla bağlı izahı yoxdur:
“Hələ mən keçən il Azərbaycanın MDB ölkələri arasında ÜDM artımına görə sonuncu yer tutmasını demirəm – bu məsələyə görə də cavabdehlik daşıyanlar susdular, normal izah verə bilmədilər. Göz görə-görə ölkə iqtisadiyyatını tənəzzülə aparırlar – təşəbbüskarlıq, yeni ideyalar yox, vergi-gömrük siyasəti bərbad”…