İranın Xuzistan əyalətinin Məşrəqə şəhəri yaxınlığında 4,9 bal gücündə zəlzələ baş verib.
Yenipress.az xəbər verir ki, bu barə İran mediası məlumat yayıb.
Məlumata əsasən, saat 12 radələrində baş verən zəlzələnin 16 kilometr dərinlikdə olduğu bildirilib. Həmçinin zəlzələdən sonra bölgədə afterşokların olduğu qeydə alınıb.
Dağıntı və tələfat barədə heç bir məlumat verilməyib.