Əsgərlikdə olan övladının yanından qayıdan ailə qəzaya düşdü: ölən var

KRİMİNAL bölməsi

14:58 - 10 Avqust 2022

 Əsgərlikdə olan övladının yanından qayıdan ailə qəzaya düşdü: ölən var

Yevlax rayonunda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var.

Yenipress.az Report-a istinadən xəbər verir ki, hadisə Yevlax-Bərdə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı avtomobillə digər minik avtomobilin toqquşması nəticəsində sürücü - Tovuz rayon sakini, 1953-cü il təvəllüdlü Əmrah Mahmudov ölüb, bir ailənin 3 üzvü - Tovuz rayon sakinləri, 1976-cı il təvəllüdlü Yaşar Alıyev, onun qızı, 2002-ci il təvəllüdlü Aytac Alıyeva və 2010-cu il təvəllüdlü Amil Alıyev isə xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Xəbər xətti