Bərdədə qadın ərini qətlə yetirdi

KRİMİNAL bölməsi

16:27 - 29 İyul 2022

 Bərdədə qadın ərini qətlə yetirdi

Bərdədə qadın həyat yoldaşını qətlə yetirib.

Yenipress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Şorəli kəndində baş verib. 27 yaşlı Aysu Çərkəzli 28 yaşlı həyat yoldaşı Nurlan Çərkəzlini boynundan bıçaqlayaraq xəsarət yetirib. N.Çərkəzli qanaxmadan vəfat edib.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, ilk olaraq N.Çərkəzli arvadını bıçaqlamaq üçün ona hücum çəkib. A.Çərkəzli də özünü müdafiə etmək üçün ərini bıçaqlayıb. Qadının xəsarətləri yüngül olduğundan onun həyatını xilas etmək mümkün olub. N.Çərkəzli isə boynundan xəsarət aldığı üçün xəstəxanaya çatdırılmamış qanitirmədən keçinib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti