Arvadını öldürüb, baldızını bıçaqladı

KRİMİNAL bölməsi

09:42 - 29 İyul 2022

 Arvadını öldürüb, baldızını bıçaqladı

Sabirabad sakini həyat yoldaşını qətlə yetirib, baldızını isə yaralayıb.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri Xəqani küçəsi 11-də yerləşən mənzillərdən birində baş verib.

Həmin ünvanda kirayə yaşayan Sabirabad rayonunun Qarağac kənd sakini, 1992-ci il təvəllüdlü Kəmaləddin Rasəddin oğlu Qəmbərov həyat yoldaşı - Sabirabad rayonunun Beşdəli kənd sakini, 1994-cü il təvəllüdlü Cəmilə Yaqut qızı Qəmbərovanı bıçaqla qətlə yetirib.

Qəmbərov Kəmaləddin daha sonra baldızı Sevinc Yaqut qızı Məcidovaya ayağından xəsarət yetirərək hadisə yerindən qaçıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində K.Qəmbərov saxlanılıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti