19 yaşlı qız evli sevgilisini qəbiristanlıqda bıçaqladı

KRİMİNAL bölməsi

10:34 - 27 İyul 2022

 19 yaşlı qız evli sevgilisini qəbiristanlıqda bıçaqladı

Mingəçevirdə gənc qız sosial şəbəkədə tanış olduğu şəxsi bıçaqlayıb.

Yenipress.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Mingəçevir kənd qəbiristanlığının ərazisində baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü Tünzalə Eyvazova Şəvəndiyev Nizami Qasım oğlu ilə sevgili olublar. Aralarında soyuqluq yarandığı üçün qız münasibətləri aydınlaşdırmaq məqsədilə onu qəbiristanlığa çağırıb. T.Eyvazova sevgilisinə xəsarət yetirib.

Qeyd edək ki, kişi evli olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, məsələ barədə məhkəmə tibbi ekspertizası təyin olunub:

“Hadisəni törədən şəxs saxlanılaraq izahatı alınıb və istintaq bölməsində araşdırmalar davam etdirilir”.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti