Pəncərədən yıxılan övladının arxasınca özünü binadan atdı, hər ikisi öldü

KRİMİNAL bölməsi

09:51 - 27 İyul 2022

 Pəncərədən yıxılan övladının arxasınca özünü binadan atdı, hər ikisi öldü

Abşeronda ana və uşaq bədbəxt hadisə nəticəsində həlak olublar.

Yenipress.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binalarından birində baş verib.

Belə ki, binanın beşinci mərtəbəsində yaşayan uşaq pəncərədən düşüb. Ana onu tutmaq üçün özünü atsa da, hər ikisi dünyasını dəyişib.

Ailə bir neçə gün əvvəl həmin evə kirayə köçübmüş.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti