Cəlilabadda qadın və kişi qətlə yetirildi

KRİMİNAL bölməsi

09:27 - 22 İyul 2022

 Cəlilabadda qadın və kişi qətlə yetirildi

Cəlilabad Rayon Polis Şöbəsinə iyulun 22-də saat 04 radələrində rayon sakini Könül Şahmarovanın yaşadığı evin həyətində onun və Uzuntəpə kənd sakini Ruslan Qarayevin bıçaqla qətlə yetirilmiş meyitlərinin tapılması barədə məlumat daxil olub.

Yenipress.az Report-a istinadən xəbər verir ki, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla hadisəni törətmiş K.Şahmarovanın qaynı Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər xətti