Milli Məclisdə korona şoku: Paşayeva da yenidən yoluxdu

TOPLUM bölməsi

15:20 - 24 Yanvar 2022

 Milli Məclisdə korona şoku: Paşayeva da yenidən yoluxdu

Koronavirusun Omikron ştammı ölkədə sürətlə yayılır.

Yenipress.az xəbər verir ki, rəsmi statistikada gündəlik yoluxma sayının 2 minə yaxınlaşdığı bildirlsə də, əslində yoluxanlar bu rəqəmdən qat-qat çoxdur.

Hazırda bir çox tanınmış sənət adamı, siyasətçilər, o cümlədən Milli Məclisin deputatları arasında yoluxanlar da az deyil.

Aldığımız məlumata görə, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva da yenidən koronavirus infeksiyasına yoluxub.

Qeyd edək ki, Q.Paşayeva bir müddət öncə virusa yoluxmuş və sağalmışdı. Millətvəkili həmçinin hər iki doza, eyni zamanda buster doza da qəbul edib.

Hazırda Q.Paşayeva müalicəsini evdə davam etdirir.

Xəbər xətti