Hərbçimiz intihar etdi - Son dəqiqə

TOPLUM bölməsi

14:03 - 22 Yanvar 2022

 Hərbçimiz intihar etdi - Son dəqiqə

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu intihar edib.

Bu barədə Yenipress.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, yanvarın 22-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin ötən ilin oktyabr ayında SHXÇX-nin Binəqədi rayon idarəsindən hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu matros Rzaquliyev Ramil Xəqani oğlu psixoloji vəziyyətində mövcud olan problemlər ilə əlaqədar müayinədən keçmək üçün Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilib.

Saat 11:10 radələrində hərbi qulluqçu tibbi müayinələrdən yayınaraq Hərbi Hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxıb və özünü yerə ataraq intihar edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb.

Xəbər xətti