Azərbaycan daha bir ölkə ilə vizanı ləğv edir

TOPLUM bölməsi

17:24 - 21 Yanvar 2022

 Azərbaycan daha bir ölkə ilə vizanı ləğv edir

Azərbaycanla Serbiya arasında viza tələbi aradan qaldırılır.

Yenipress.az xəbər verir ki, bu, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, sənəd bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin toplantısında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.

Xəbər xətti