Dəhşətə baxın: bu neti qırıq institut direktoru...

GÜNDƏM bölməsi

21:42 - 20 Yanvar 2022

 Dəhşətə baxın: bu neti qırıq institut direktoru...

Dəhşətə diqqət edin! Jurnalistlər Azərbaycan Milli Elmlər Akademiyasında baş verən xoşagəlməz hadisələrlə bağlı bir alimdən rəy ala bilmirlər. İnstitut direktorlarından biri, AMEA-nın müxbir üzvünə ənənəvi qaydada mobil telefonla zəng vururlar. Adam cavab verir ki, oy, oy, internetim qırıldı, bağışlayın, internetimiz yoxdur...

Yenipress.az xəbər verir ki, bu sözləri öz sosial şəbəkə hesabında millət vəkili Etibar Əliyev AMEA-nın Tarix İnstitutunun direktoru professor Kərim Şükürovun AMEA prezidenti Ramiz Mehdiyevin tənqidini ədalətsiz sayaraq, istefa verməsi olayı ilə bağlı yazıb.

“Əslində internet qırılmayıb, Ramiz Mehdiyev bu cür adamları qırıb, sındırıb... İnterneti qırılmış institut direktoru cəmiyyətdə reabilitasiyasını aparır. Savadsızlığını və millətə vurduğu amansız zərbələri ört-basdır etmək üçün görkəmli şəxsiyyətlər haqqında kitablar yazdırır. Həqiqi sözümdür, görəsən həmin adamlar bu interneti qırığın yuxusuna heç girirlərmi? Deyirlərmi ki, bizdən nə istəyirsən, niyə qoymursan rahat uyuyaq!

Xəbər xətti