Azərbaycanda bu yollar buz bağladı

TOPLUM bölməsi

17:03 - 20 Yanvar 2022

 Azərbaycanda bu yollar buz bağladı

Azərbaycanın əsas magistrallarının bəzi hissələri buz bağlayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yenipress.az-a verilən məlumata görə, Bakı-Şamaxı avtomobil yolunun 65-104 kilometrlik və yolun Qobustan rayonu ərazisindən keçən hissəsi, Giləzi-Xızı avtomobil yolunun, o cümlədən İsmayıllı-Qəbələ avtomobil yolunun bəzi hissələri buz bağlayıb.

Yolların buz bağlamış hissələrində buzlaşmaya qarşı müvafiq tədbirlər görülür, qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.

Xəbər xətti