Tağıyevin abidəsi: niyə rus forması, çar medalı ilə? – Nazirin cavabı

TOPLUM bölməsi

10:00 - 20 Yanvar 2022

 Tağıyevin abidəsi: niyə rus forması, çar medalı ilə? – Nazirin cavabı

Əgər heykəl başqa bir formada olsaydı, onda da tənqidlər olacaqdı.

Yenipress.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov APA-ya açıqlamasında deyib.

O bildirib ki, Zeynalabdin Tağıyevin heykəli açıq müsabiqə yolu ilə hazırlanıb:

“Açıq müsabiqədə bir çox layihə eskizləri təqdim edilmişdi. Ekspert komissiya seçimlərində çox səslə hazırkı əsər qalib gəlmişdi. Tənqidlərə gəldikdə isə tənqid hər zaman var. Əgər heykəl başqa bir formada olsaydı, onda da tənqidlər olacaqdı. Ona görə də biz çalışmalıyıq ki, hər tərəfin mövqeyini nəzərə alaq.

Nazir özü heykəli bəyəndiyini vurğulayıb.

Qeyd edək ki, H.Z.Tağıyevin abidəsinin rus formasında və çarın orden-medalları ilə hazırlanması tənqidlərə məruz qalıb.

Xəbər xətti