Dağıstanda izdiham: Hava limanı bağlandı - Video

DÜNYA bölməsi

23:06 - 29 Oktyabr 2023

 Dağıstanda izdiham: Hava limanı bağlandı - Video

22:45

Dağıstanın paytaxtı Mahaçqalada hava limanında izdiham yaşanır.

Yenipress.az Teleqram kanallarına istinadən xəbər verir ki, izdihama səbəb İsraildən enməsi planlaşdırılan təyyarədir.

Məlumata görə, hava limanı yaxınlığında yerli sakinlərdən ibarət böyük izdiham toplaşaraq yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb ediblər. Kütlə bütün avtomobilləri saxlayaraq axtarış aparır.

Polis toplaşanlara müdaxilə etmir. Bununla yanaşı, Kaspiysk və Mahaçqalada polis nəzarəti gücləndirilib.

***

Mahaçqalada hava limanı izdiham səbəbindən bağlanıb.

Bildirilib ki, bir qrup şəxs təyyarələrin uçuş-enmə zolağına çıxıb.

Məlumata görə, Nijnevartovsk və Moskvadan gələn təyyarələr hava limanına eniş edə bilmir, başqa hava limanlarına yönləndirilir.

Xəbər xətti