Mahsun Kırmızıgülün Bakı konserti təxirə salındı

MAQAZİN bölməsi

14:37 - 7 Fevral 2023

 Mahsun Kırmızıgülün Bakı konserti təxirə salındı

Türkiyənin sevilən müğənnisi Mahsun Kırmızıgülün fevralın 12-nə təyin edilən Bakı konserti qeyri-müəyyən müddətə təxirə salınıb.

Yenipress.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, buna səbəb Türkiyədə baş verən güclü zəlzələ olub.

Məsələ ilə əlaqədar açıqlama verən müğənninin meneceri konsertin təxirə düşməsini təsdiqləyib:

"Bir saata kimi rəsmi məlumat yayılacaq. Türkiyədə zəlzələ olub, insanlar ölüb, yaralanıb, qəm içindəyik”.

Qeyd edək ki, müğənni Mahsun Kırmızıgül 17 ildən sonra Bakıda solo konsert proqramı ilə çıxış etməli idi. Bakı Konqress Mərkəzinə təyin olunan konsertin biletləri 55-550 manat aralığında satılırdı.

Xəbər xətti