Aktrisa Paris Hilton ana oldu

MAQAZİN bölməsi

11:44 - 25 Yanvar 2023

 Aktrisa Paris Hilton ana oldu

Məşhur aktrisa, teleaparıcı, xeyriyyəçi və müğənni Paris Hilton oğul övladı dünyaya gətirib.

Yenipress.az xəbər verir ki, bu barədə sənətçinin özü sosial şəbəkədə məlumat verib.

Qeyd edək ki, 41 yaşlı Hilton biznesmen həyat yoldaşı Karter Reum ilə birlikdə surroqat ana üsulundan istifadə edib.

Xatırladaq ki, Paris Hilton üç illik münasibətdən sonra 2021-ci ilin sonunda evlənib . Bu, onun ilk evliliyidir.

Yenipress.az

Xəbər xətti