Binəli Yıldırım ilk dəfə danışdı: Ağır qəza idi, Allah qorudu

GÜNDƏM bölməsi

13:18 - 27 Oktyabr 2022

 Binəli Yıldırım ilk dəfə danışdı: Ağır qəza idi, Allah qorudu

Bir həftə əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Zəngilanda mənim, millət vəkili Şamil Ayrımın və mühafizəçinin olduğu avtomobil qəzaya uğradı. Avtomobil bir neçə dəfə çevrildi, ağır bir qəza keçirdik. Allaha şükür edirəm, Allah qorudu.

Yenipress.az xəbər verir ki, bu barədə xəstəxanadan evə buraxılan AK Partiyanın sədr müavini Binəli Yıldırım bildirib.

O, başında iki dəfə cərrahiyə əməliyyatının aparıldığını qeyd edib, eyni zamanda, əlavə edib ki, körpücük sümüyü də əməliyyat edilib.

“İki qabırğam qırılıb. Bu da zamanla keçəcək”, - Binəli Yıldırım vurğulayıb.

Xəbər xətti