Bakıda 33 yaşlı kişi əməliyyat zamanı öldü

KRİMİNAL bölməsi

20:26 - 6 Avqust 2022

 Bakıda 33 yaşlı kişi əməliyyat zamanı öldü

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında cərrahiyyə əməliyyatı zamanı ölüm hadisəsi baş verib.

Yenipress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxt sakini, 1989-cu il təvəllüdlü Sənan Yaşar oğlu Abdullayev xəstəxanada əməliyyat zamanı qəfil vəfat edib.

Onun konkret hansı səbəbdən əməliyyat stolunda dünyasını dəyişməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti