Xaçmazda bədbəxt hadisə: Gənc oğlan pivə süzərkən öldü

KRİMİNAL bölməsi

11:07 - 1 Avqust 2022

 Xaçmazda bədbəxt hadisə: Gənc oğlan pivə süzərkən öldü

Xaçmazda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Yenipress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Xaçmaz Mexanizasiya Nəqliyyat ASC-nin ərazisində yerləşən kafedə işləyən Seyidəmir Elnur oğlu Xəlilov pivə aparatından qədəhə içki süzərkən ölüb. Məlum olub ki, gənc oğlan elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Bildirilib ki, həmin kafeni Seyidəmir Xəlilovun dayısı ASC-dən icarəyə götürərək işlədirmiş.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti