Bayden tənqidçisini Bakıdan istifadə edərək əzir

GÜNDƏM bölməsi

22:59 - 21 Yanvar 2022

 Bayden tənqidçisini Bakıdan istifadə edərək əzir

Bizim müxalifət sevinc içində yazır ki, ABŞ Federal Təhqiqat Bürosu (FBİ) demokrat konqresmen (Texas) Henri Kuelların evində və ofisində axtarış aparıb. Onun “korrupsioner” Azərbaycan rejimi ilə iş birliyində suçlanması ehtimalı var.

Yenipress.az xəbər verir ki, bu barədə xaricdə yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.

O bildirib ki, ortada başqa bir ehtimal da var. O ehtimal haqqında isə Azərbaycan müxalifəti susur:

“Böyük Britaniyanın “dailymail.co.uk” saytı yazır ki, demokrat Henri Kuelların Demokratlar Partiyasından prezident və vitse-prezident seçilmiş Co Bayden və Kamala Harrisə qarşı kəskin tənqidi çıxışlar edir. Çünki ABŞ prezidenti və vitse-prezidenti Meksika ilə sərhəddə olan Texasa qeyri-qanuni yollarla daxil olan immiqrantlara qarşı son dərəcə sərt rəftar nümayiş etdirir. Kamala Harrisi “sərhəd çariçası” adlandıran konqresmen onların da qəzəbinə gələ bilər...

Britaniya saytı onu da yazır ki, konqresmen 2010-cu ildə bir villa alıb. Həmin villanın dəyəri 825 min dollardır. Müqayisə üçün deyim ki, Azərbaycanın sıradan icra başçıları belə ucuz villada yaşamağı özləri üçün təhqir bələrdi.

Britaniya nəşri “kürü diplomatiyası”ndan, Azərbaycan iqtidarının xaricdə bir çox siyasətçini satın almasından da bəhs edib...

Yəni ABŞ rəhbərliyi Azərbaycanı bəhanə edərək öz tənqidçisini susdurmağa da çalışa bilər. Ən azı Qərb mediası bu ehtimalı istisna etmir. Bizim müxalifət isə bu məsələnin üstündən sükutla keçməyi lazım bilir.

E.Həsənli onu da xatırladıb ki, ermənilərin amerikalı siyasətçiləri “satın alması” normal qarşılanır, ancaq Azərbaycanın ABŞ konsqresmeni ilə işbirliyi qurmasına anormal reaksiya verilir.  

Xəbər xətti